“İbtidai siniflərə qəbul zamanı uşaqların imtahana cəlb edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir”.
Azpost.info bildirir ki, bu sözləri Elm və Təhsil Nazirıiyi yanında İctimai Şuranın sədri Günel Səfərova bununla balı yayılmış məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, ibtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər: “Yalnız rus dilində ibtidai təhsil almaq istəyən uşaqların dil biliyi yoxlanılır. Hər birimiz bilirik ki, rus dilində ilkin biliklər olmadıqda gələcəkdə mövzuların öyrənilməsi uşaqlar üçün çətinlik yaradır. Həmçinin, bu tələb Təhsil Nazirliyinin xüsusi istəyi yox, “Ümumi təhsil haqqında” Qanunun tələbidir”.
G.Səfərova deyib ki, təhsil geniş sahədir və burda da müəyyən problemlər var. Amma bu və ya digər məsələ haqqında yayılan məlumatın doğruluğu və səhihliyi olduqca önəmlidir: “İbtidai siniflərə qəbul zamanı uşaqların imtahana cəlb edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir”.
Azpost.info