ÜST:"Havalar isindikdə virusun öləcəyinə əmin deyilik"

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı havaların istiləşməsi ilə bağlı koronavirusun yayılmasının azalması məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, H. Harmancı bildirib ki, hazırda bu sualın cavabı bilinmir. O qeyd edib ki, yaz aylarında koronavirusun azalacağına ümid edir: “Bu, yeni virusdur, necə davranacağını bilmirik. Ona görə də  gözləyib görmək lazımdır. Hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə insan əmin ola bilmir ki, havalar qızdıqca virus yox olacaq, ya yox. Bu sualın cavabını hələ ki, bilmirik. Əmin deyilik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib

Sonrakı məqalə

Baş Prokurorluq və DİN gənc feministin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb