ÜST-ün baş direktoru: “COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır”

“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bəzi ölkələr və bölgələr “COVID-19” ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: “Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb –

Sonrakı məqalə

Vəkillərin 500 manatadək cərimələnməsini nəzərdə tutan maddənin yekun variantı açıqlanıb