Yüksək zülal tərkibli konserv məhsullar sürətli və uzunmüddətli toxluq hissi yaradan qidalar sırasında getdikcə daha çox üstünlük qazanır. Bu məhsullar təkcə rahat saxlanılması ilə deyil, eyni zamanda bir neçə saat ərzində enerjini qorumağa kömək etməsi ilə seçilir.
AzPost Health saytına istinadən uzun müddət tox saxlayan konservləşdirilmiş məhsulları təqdim edir.
Konservləşdirilmiş tuna balığı
Bir banka təxminən 16 qram zülal ehtiva edir. Konserv tuna uzunömürlü və ən yüksək zülal tərkibli məhsullardan biri hesab olunur. Bir porsiyası bir çox təzə heyvan mənşəli zülal mənbəyi ilə eyni miqdarda protein verir. Bu isə həm toxluq hissinin yaranmasına, həm də əzələ kütləsinin qorunmasına kömək edir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tuna balığı ürək və beyin sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları ilə də zəngindir. Tunayı zeytun yağı və göyərti ilə salat kimi hazırlamaq və ya sendviç və makaronlara əlavə etmək olar.
Losos balığı
Bir bankada orta hesabla 18 qram zülal var. Konserv losos tərkibində tam dəyərli zülalla yanaşı omeqa-3 yağları və D vitamini saxlayır. Yumşaq sümükləri yeyilə bildiyi üçün əlavə olaraq kalsium mənbəyi sayılır və sümük sağlamlığını dəstəkləyir.
Digər konserv zülal mənbələri ilə müqayisədə losos daha geniş qida dəyərinə malikdir. Onu kotletlərdə, salatlarda, “boul”larda istifadə etmək və ya yoqurt və xardalla qarışdıraraq məcun hazırlamaq mümkündür.
Mərci
Yarım stəkan konserv mərci təxminən 9 qram zülal ehtiva edir.
Konserv mərci bitki mənşəli zülal mənbəyi olmaqla yanaşı, lif, dəmir və fol turşusu ilə də zəngindir. Heyvan mənşəli məhsullarla müqayisədə bir porsiyada daha az zülal olsa da, zülal və lifin birlikdə olması uzunmüddətli toxluq hissi yaradır.
Mərci şorbalara, qovurmalara, salatlara əlavə oluna və ya zeytun yağı ilə sirkə qatılaraq sadə qarnir kimi təqdim edilə bilər.
Konservləşdirilmiş toyuq filesi
Bir bankada təxminən 22 qram zülal var. Konserv toyuq filesi yağsız və çoxfunksiyalı zülal mənbəyidir. Aşağı yağ tərkibi əzələlərin bərpasına və immun sisteminin güclənməsinə müsbət təsir göstərir.
Bu məhsulu salatlara, lavaşlara, şorbalara və ya soba yeməklərinə əlavə etmək olar.
Yaşıl noxud
Konserv yaşıl noxud 100 qramda orta hesabla 5–6 qram zülal ehtiva edir. Bundan əlavə, lif, karbohidratlar və mikroelementlərlə zəngindir.
İstifadədən əvvəl bankadakı mayeni tökmək və noxudu axar su ilə yumaq tövsiyə olunur. Bu, artıq duz və nişastanı azaldır. İstəyə görə azacıq qızdırmaq da mümkündür.
Mütəxəssislər konserv məhsul alarkən bir porsiyada zülal miqdarı yüksək, əlavə şəkər və duz tərkibi isə minimum olan variantlara üstünlük verilməsini məsləhət görür.