Vəkillər Kollegiyasının sədri deputatla vəkil arasında oteldəki mübahisədən danışdı

28 İyun 2021 - 18:26
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Milli Məclisin deputatı Ramil Həsənov, onu müşayiət edən şəxslərlə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında dünən  Bakıdakı “Four Seasons” otelində baş vermiş hadisə ilə bağlı münasibətini açıqlayıb. 
Azpost.info bildirir ki, A.Bağırov təəsüfləndiyini qeyd edib və operativ reaksiyasına görə DİN-ə təşəkkür edib: “Dünən peşə fəaliyyətini həyata keçirən zaman Vəkillər Kollegiyasının RH üzvü Muxtar Mustafayevlə bağlı baş verən hadisə təəssüf hissi doğurur. Muxtar müəllim hadisənin təfərüatı ilə bağlı əlaqə saxlayaraq dərhal ətraflı məlumat verib. Artıq hər kəsə məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən Daxili İşlər Nazirliyi tərəfindən təxirəsalınmadan müvafiq zəruri tədbirlər görülmüşdü, ölkə ictimaiyyəti bu barədə operativ qaydada məlumatlandırılmışdı. Bununla bağlı DİN rəhbərliyinə vəkil korpusu adından xüsusi minnətdarlığımızı bildiririk.
Hər kəsi etikadan kənar şərhlərdən, digər şəxslərin şərəf və layəqətini alçaldan ifadələrdən çəkinməyə çağırıram”-deyə A.Bağırov qeyd edib.