Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq –

Qanun qəbul edildi (YENİLƏNİB)
27 Oktyabr 2020 - 11:41

Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq.

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

**

Milli Məclisdə Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında”  qanun layihəsi müzakirə edilir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.