“Vətəndaşlar iyul ayının 10-dək köhnə tarifdən istifadə edəcəklər” –

“Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev
30 İyun 2021 - 18:12

“Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev Tarif Şurasının qazın qiymətindəki dəyişikliklə bağlı qərarını şərh edib.

R.Əliyev bildirib ki, vətəndaşlar iyul ayının 10-dək köhnə tarifdən istifadə edəcəklər:

“Sayğacların oxunuşu, əvvəldən ödənişli sayğaclarda olan proqram təminatı həyata keçirilənədək köhnə tarifdən istifadə olunacaq”.

Direktor əlavə edib ki, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə (10 qəpik) istifadə edəcək.