“Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülhün dayanıqlı olmasıdır” –Çavuşoğlu

Rusiyalı həmkarım Sergey Lavrovla ikitərəfli münasibətlərimiz barəsində ətraflı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı S. Lavrovla birgə mətbuat konfransında deyib.

Türkiyə XİN başçısı ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Pandemiya ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etdiklərini bildirən M. Çavuşoğlunun sözlərinə görə, “Sputnik V” peyvəndinin birgə istehsalı ilə bağlı iki ölkənin aidiyyəti qurumları tərəfindən müzakirələr aparılır.

O, Rusiya XİN başçısı ilə regional məsələləri – Suriya, Liviya, Əfqanıstan və Qarabağı müzakirə etdiyini də qeyd edib: “Məqsədimiz bu bölgələrdə sülh və sabitliyin dayanıqlı olmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vətəndaşlar iyul ayının 10-dək köhnə tarifdən istifadə edəcəklər” –

Sonrakı məqalə

“Qərarda əhali üçün mövcud tariflərə dəyişiklik edilməyib” –