Vəkil həbsdə olan Nazim Bəydəmirli ilə görüşüb

Vəkil Aqil Layıc həbsdə olan sabiq deputat Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşüb.
Azpost.info bildirir ki, bu barədə vəkil məlumat verib.
Vəkil bildirib ki, N.Bəydəmirli ona qarşı olan ittihamları qəbul etmədiyini deyib.
“Nazim Bəydəmirli qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür”.
Sabiq deputat vəkilə Söyüdlü hadisələri ilə heç bir əlaqəsinin  olmadığını deyib.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.