Vəkillər Kollegiyası Elçin Sadıqovu vəkillikdən məhrum edib –QƏRAR

Azərbaycan Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovun səlahiyyətlərindən məhrum edilməsi barədə qərar qəbul edib.

Azpost.info haqqin.az-a istinadən bildirir ki, Kollegiya E.Sadıqovun direktor qarşısında peşə borcunu lazımınca yerinə yetirməməsi ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək.

Qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib.

Xatırladaq ki, vəkil E.Sadıqov həbsdə olan iş adamı, “Baku Steel Company” metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallına 20 min manat rüşvət verməkdə təqsirli bilinib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.