“Vəsatətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub?” –Vəkillər Kollegiyasının sədrindən "500 manat cərimə" təklifinə etiraz

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin 500 manat cərimələnməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddəyə etiraz edib.
Azpost.info bildirir ki, A.Bağırov bununla bağlı suallar ünvanlayıb: “Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir?”
A.Bağırov bildirib ki, hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur: “Hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsasssız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”-deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə yeni – 174.5-ci maddə əlavə olunması təkif olunur.

Maddəyə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib

Sonrakı məqalə

Dünən medal almış müharibə qazisi qəflətən vəfat edib