Vətən müharibəsi qazisi müşavir təyin edildi

Vüsal Hətəmov
Vüsal Hətəmov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova yeni müşavir təyin edilib.

AzPost qaynarinfo-ya istinadən xəbər verir ki, Vüsal Nizami oğlu Hətəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

Bununla da Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 4-ə çatıb.

Vüsal Hətəmov bundan əvvəl Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri olub. Hələlik sözügedən şöbəyə təyinat olmayıb.

Qeyd edək ki, Vüsal Hətəmov Vətən müharibəsi qazisidir, BDU-nun məzunu, baş leytenant, yazıçı-publisistdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.