Vətən Müharibəsində şəhid olmuş əsgər Masallıda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Sənan Seyfullayev Masallıda dəfn edilib.

 Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Sənan Mətləb oğlu Seyfullayevin nəşi Masallı rayonuna aparılıb. Şəhid doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin qardaşına təhvil verib. 

Qeyd edək ki, Sənan Seyfullayev könüllü olaraq Vətən müharibəsində iştirak edib. O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə koronavirusun yeni törəməsinin aşkar edilməsi xarici metod əsasında araşdırılacaq

Sonrakı məqalə

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır –