Vətəndaşlar 6 ayda dərman və tibbi əşyalara 433 milyon manat xərcləyiblər

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 433,9 mln. manat xərclənib.

APA-nınDövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35,7% artıb.

Cari ilin iyun ayında satışların həcmi 80 mln. manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 14% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da illik müqayisədə 0,5 faiz bəndi çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neftçi” Çempionlar Liqasında 1 milyon 850 min manat qazanıb

Sonrakı məqalə

İranın yeni prezidenti Qarabağın işğaldan azad edilməsi münasibətilə İlham Əliyevi təbrik edib