Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildi

Əvəz Zeynallı
Əvəz Zeynallı

Tanınmış jurnalist, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının Türkiyədə vəziyyəti pisləşib.

AzPost xəbər verir ki, bu barədə Musavat.com-a jurnalistin xanımı Məlahət Zeynallı deyib. O bildirib ki, Əvəz Zeynallı ötən gün İstanbulda xəstəxanaya yerləşdirilib:“Mən hazırda Bakıdayam, qızım və Əvəz bəyin bacısı onu xəstəxanaya yerləşdiriblər.

İmmuniteti çox aşağıdır, ona maskasız gəzmək olmaz. Ola bilsin ki, orqanizmində mikrob var. Dünən qəfil halı pisləşib. Həkimlər analizlərin cavabından sonra bir söz deyə biləcəklər. İndi mikrobu bədənində zərərsizləşdirməyə çalışırlar.Ankarada onkoloji xəstəliyi ilə bağlı müalicə hazırlaşırdı, ancaq vəziyyəti elə pis olub ki, İstanbulda təcili xəstəxanada yatırmalı olublar. Hamımız səbirsizliklə vəziyyətinin düzəlməsini gözləyirik”.

Xatırladaq ki, ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı bu il aprelin 25-də vaxtından əvvəl azadlığa buraxılıb. Jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.