“Vaksindən sonrakı əzələ ağrıları və qızdırma bədənin müsbət reaksiyasıdır” –TƏBİB-in sədri

“Vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Twitter”də paylaşım edib.

O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir: “Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yol əhvalatı” filmindəki “Fərid” ad gününü qeyd edir –

Sonrakı məqalə

Azərbaycanda kəşfiyyatçı kamikadze PUA yaradılıb –