“Valokordin”, “Korvalol” və “Validol”un ürəyə xeyri yoxdur, bu dərmanlardan 30 il əvvəl imtina edilib”- KARDİOLOQ

Kardioloqlara görə, ürək ağrısının səbəblərini ən effektiv şəkildə aradan qaldıran nitroqliserindir.

Azpost.info xəbər verir ki, bu dərman qan damarlarını genişləndirir, qan axınını artırır və ağrıları azaldır.

Nitroqliserin ürək xəstəlikləri ilə bağlı olan digər xəstəliklərin müalicəsində də istifadə olunur.

Rusiyalı kordioloq Yuri Konev bildirir ki, “Valokordin”, “Korvalol” və “Validol” kimi populyar dərmanlar ürəkdəki ağrılara kömək etmir. Xüsusən də xəstəlik damar spazmı ilə əlaqəlidirsə. Mütəxəssisə görə, bu dərmanlar sakitləşdirici və hətta hipnotik təsirə əsaslanır ki, bu da infarkta səbəb ola bilər.

“Dünyada bu dərmanlardan 30 il əvvəl imtina edilib, Rusiyada isə bu gün də istifadə olunur”, – Konev qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya XİN “taxıl sazişi”nin bərpası üçün əsas şərti

Sonrakı məqalə

Türkiyədə zəlzələ olub