Valyutadəyişmə məntəqəsi açmaq istəyən Mərkəzi Bankdan icazə almalıdır

Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq.

Ərizə müvafiq qaydada tərtib olunmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.