“Vaqner” qiyamı bağlı siyasi qeyri-sabitlik Rusiyadan kapital axınına səbəb olub. Bu, xarici valyutaya tələbin kəskin artmasına və rublun güclü zəifləməsinə gətirib.
Azpost.info bildirir ki, bu barədə Aif.ru-ya “PF Capital konsaltinq” şirkətinin baş iqtisadçısı Yevgeni Nadorşin deyib.
“Qiyam zamanı ölkədən qaçan imkanlı adamlar özləri ilə bərabər külli miqdarda pul çıxara bilərdilər. Ola bilsin ki, onlardan bəziləri qayıdıb, amma hamısı qayıtmayıb”.
Onun sözlərinə görə, böyük kapital hər zaman risklərdən qaçmağa çalışır. Ekspert deyib ki, üsyan zəngin insanlara Rusiyadakı pullarının təhlükəsizliyindən narahat olmaq üçün səbəb verdi. Əgər əvvəllər onları xaricdə anti-Rusiya sanksiyaları ilə üzləşmək qorxusu saxlayırdısa, indi dost ölkələrə pul çıxarmağın yolları tapılıb.
“Rusiya elitasının ayrı-ayrı üzvləri hətta dost olmayan ölkələrlə fərdi qaydada sanksiyaların yumşaldılması ilə bağlı danışıqlar apara bilirlər. Belə çıxır ki, burada heç nə ilə qalmamaq riskinə getməkdənsə, orada razılığa gəlmək daha asandır. Çünki hərbi çevriliş nəticəsində hakimiyyətə tamamilə danışığa getməyəcək şəxslər gələ bilər. Bu risk sanksiyaya məruz qalma riskini üstələyir. Kapitalı çıxaranlar belə düşünür”, – deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, iyunda dolların rubla nisbətdə məzənnəsi 10,4%, avro 13%, yuan 8,4% bahalaşıb. Xarici valyutanın bahalaşması iyunun 26-da xüsusi ilə ciddi olub. Dollar ötən ilin mart ayının sonundan bəri ilk dəfə 89 rublu ötüb.
Azpost.info