İyunun 24-də səhər saatlarında “Vaqner” qruplaşması Rostov şəhərinin mərkəzində mövqe tutub.
Azpost.info-nun məlumatına görə, yerli “161.ru” nəşri yazır ki, onlar Cənub Hərbi Dairəsinin qərargahını, şəhər administrasiyasını, FSB və Daxili İşlər Nazirliyinin idarələrini mühasirəyə alıblar.
Şəhərin küçələrində tanklar var. Rostov vilayətinin qubernatoru Vasili Qolubev Rostov-na-Donu sakinlərindən “şəhər mərkəzinə getməməyi və mümkünsə evlərini tərk etməməyi” xahiş edib.
