“Vaqner”in rəhbəri yaydığı videoda Şoyqunu söydü –"İyrənc məxluqlar, hanı sursatlar?" /VİDEO

Ukraynada döyüşən “Vaqner” hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin sosial şəbəkədə yayımladığı videoda müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir edib. 

Azpost.info bildirir ki, “Vaqner”in öldürülmüş əsgərlərinin cəsədlərinin yanında duran Priqojin Rusiya hərbi rəhbərliyini onları sursatla təmin edə bilməməkdə ittiham edib.

Qəzəbli halda danışan Priqojin hətta söyüş söyüb: “Bizdə 70 faiz sursat çatışmazlığı var.  Şoyqu, Gerasimov, qancıq balaları, han sursatlar?  Siz, iyrənc məxluqlar bahalı klublarda oturusunuz. Övladlarınız Youtube-da rolik çəkir. Burada ölən uşaqlar kiminsə atası, balasıdır. Hesab edirsiniz ki, həyatın sahibi sizsiniz? Elə bilirsiniz sursat anbarları sizdə deyə, buna haqqınız var. Elementar hesablamadır- Sursatı normada verəndə itki beş dəfə az olur. Onlar bura könüllü gəliblər və sizin kabinetdə piy bağlamağınız üçün ölürlər. Bunu unutmayın”-deyə Priqojin bildirib.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Ölkədə əlilliyə görə sosial ödəniş alan vətəndaşların sayı açıqlandı

Sonrakı məqalə

Prezident və birinci xanım Xocavənd rayonuna səfər ediblər