Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Vaşinqton görüşü Cənubi Qafqazda oyunu dəyişdi

User 08 Avqust 2026 - 18:45 (Last updated: 08 Avqust 2026 - 18:19)
tramp ilham pasinyan01

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş ABŞ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı olub. Görüş Vaşinqtonun regiondakı rolunu ənənəvi vasitəçi mövqeyindən çıxararaq Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasının formalaşmasında əsas aktorlardan birinə çevirib.

Azpost.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında amerikalı akademik və geosiyasi analitik, professor Devid Felsen bildirib.

Onun sözlərinə görə, Vaşinqton prosesinin əsas xüsusiyyətlərindən biri Azərbaycan-Ermənistan sülh gündəliyinin yalnız siyasi danışıqlarla məhdudlaşmaması, iqtisadi inkişaf, regional nəqliyyat bağlantıları, enerji və ABŞ-nin strateji maraqları ilə vahid çərçivədə əlaqələndirilməsidir.

“Vaşinqton görüşünü ABŞ-nin Cənubi Qafqaz siyasəti baxımından mühüm mərhələ kimi qiymətləndirmək olar. Bu görüş ABŞ-nin regiondakı rolunu mühüm vasitəçi statusundan Cənubi Qafqazın gələcəyinin formalaşmasında əsas aktorlardan biri səviyyəsinə yüksəltdi”, – professor deyib.

Sülh prosesinə yeni siyasi impuls

Felsen hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinə ciddi siyasi impuls verib və tərəfləri hərtərəfli sülhə daha da yaxınlaşdırıb.

Onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin bir araya gətirilməsi, eləcə də razılaşmaların icrası üçün siyasi çərçivənin yaradılmasında ABŞ diplomatiyasının mühüm rolu olub.

Bununla belə, ekspert hesab edir ki, prosesin yekun nəticəsi Bakı və İrəvanın üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacağından asılı olacaq.

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

Amerikalı professor Vaşinqton razılaşmalarının Azərbaycan-ABŞ münasibətlərinə də yeni məzmun qazandırdığı qənaətindədir.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Regional bağlantılar, texnologiya, investisiya, təhlükəsizlik və iqtisadi inkişaf istiqamətləri də getdikcə daha böyük əhəmiyyət qazanır.

Felsen xüsusilə Azərbaycanın Orta Dəhlizdəki rolunu önə çəkib.

“Orta Dəhliz və Xəzər üzərindən bağlantıların genişləndirilməsi xüsusilə böyük uzunmüddətli potensiala malikdir. Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”, – o bildirib.

Professorun fikrincə, Azərbaycanın coğrafi mövqeyi ölkəni enerji mənbələrinin şaxələndirilməsi, Xəzər bağlantıları və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat baxımından mühüm aktora çevirir.

Bu baxımdan Orta Dəhliz Azərbaycanın əhəmiyyətini ənənəvi enerji təchizatçısı rolundan xeyli kənara çıxarır.

Sülh regionun geosiyasi xəritəsini dəyişə bilər

Felsen Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin ABŞ-nin Cənubi Qafqazdakı uzunmüddətli maraqları baxımından da mühüm olduğunu vurğulayıb.

Onun fikrincə, sülh yeni hərbi qarşıdurma riskini azaltmaqla yanaşı, ABŞ üçün regionda ticarət, investisiya və tərəfdaşlıq imkanlarını genişləndirə bilər.

Eyni zamanda, belə bir razılaşma Avropa ilə Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqazda sabitliyin və dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edə bilər.

Amerikalı analitik prosesin regiondakı qüvvələr balansına təsir göstərə biləcəyini də istisna etməyib.

Onun fikrincə, yeni proses Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını zəiflədə, Qərbin regionda iqtisadi iştirakını genişləndirə bilər.

Türkiyə və Avropa İttifaqı daha güclü nəqliyyat və enerji bağlantılarından faydalana bilər. İran isə regional tranzit marşrutları uğrunda artan rəqabətlə üzləşə bilər.

Çinin isə Orta Dəhlizin genişlənməsinə qarşı çıxmaqdan daha çox, yaranacaq yeni iqtisadi imkanlardan yararlanmağa çalışacağı gözlənilir.

Felsen İlham Əliyevin rolunu xüsusi vurğuladı

Amerikalı professor Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı mərhələyə çatmasında mühüm rol oynadığını bildirib.

“Prezident İlham Əliyev prosesin hazırkı mərhələyə çatdırılmasında həlledici rol oynayıb. Onun danışıqlarda iştirak etməyə hazır olması və regional bağlantılar üzrə yeni çərçivənin formalaşdırılmasını dəstəkləməsi hazırkı sülh imkanının yaranması baxımından mühüm əhəmiyyət daşıyıb”, – Felsen deyib.

Onun fikrincə, İlham Əliyevin liderliyi regionda yeni reallığın formalaşmasına əhəmiyyətli töhfə verib.

Tramp üçün Avrasiyada böyük diplomatik nailiyyət?

Felsen hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş Vaşinqton prosesi ABŞ Prezidenti Donald Trampın Avrasiyada əsas xarici siyasət nailiyyətlərindən birinə çevrilə bilər.

Ekspertin fikrincə, iki ölkənin rəhbərlərinin bir araya gətirilməsi və sülh prosesinin regional iqtisadi inteqrasiya ilə əlaqələndirilməsi mühüm diplomatik nəticədir.

Lakin professor hesab edir ki, prosesin həqiqi tarixi əhəmiyyəti yalnız razılaşmaların davamlı sülhə çevrilib-çevrilməyəcəyi ilə müəyyən olunacaq.

ABŞ qarşısında yeni vəzifələr

Felsenin fikrincə, bundan sonrakı mərhələdə Vaşinqton üçün əsas prioritet Azərbaycan-Ermənistan sülh prosesinin uğurla yekunlaşdırılması və əldə olunan razılaşmaların tam icrasına dəstək vermək olmalıdır.

ABŞ yekun sülh sazişinin imzalanmasını, sərhəddə sabitliyin qorunmasını, nəqliyyat layihələrinin reallaşdırılmasını və mümkün mübahisələrin həlli mexanizmlərinin yaradılmasını dəstəkləməlidir.

Bununla yanaşı, Vaşinqton Azərbaycan və Ermənistanla enerji, texnologiya, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı da dərinləşdirə bilər.

Professor hesab edir ki, sülhün davamlı olması üçün onun hər iki ölkəyə konkret iqtisadi dividendlər gətirməsi vacibdir.

“ABŞ Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Cənubi Qafqazın sabit və rifahlı regional dəhlizə çevrilməsi istiqamətində çalışmalıdır”, – Devid Felsen bildirib.

Beləliklə, Vaşinqton prosesinin əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə məhdudlaşmır. Proses eyni zamanda Cənubi Qafqazın nəqliyyat, enerji və geosiyasi xəritəsinin yenidən formalaşması, Azərbaycanın isə bu yeni regional arxitekturada strateji rolunun daha da güclənməsi perspektivini ortaya qoyur.

AzPost.az

Post navigation

Previous: Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub –
Next: Azərbaycanda 3200 illik sirli mətbəx tapıldı –

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

pasinyan
  • Dünya

Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi

User 10 Noyabr 2026 - 12:20
Ermənistanın baş naziri Paşinyan 11 noyabrda Rusiya paytaxtında Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçiriləcək KTMT Kollektiv...
Read more about Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi
ABŞ Avropanın Rusiya ilə üçtərəfli danışıqlara buraxılmasını istəyir ukr rus abs danisiqlar
  • Dünya

ABŞ Avropanın Rusiya ilə üçtərəfli danışıqlara buraxılmasını istəyir

User 10 Noyabr 2026 - 12:17
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
ABŞ İrana 9 milyard dolları qaytara bilər – Tehran hansı şərti qəbul etdi? abs iran danisiq
  • Dünya

ABŞ İrana 9 milyard dolları qaytara bilər – Tehran hansı şərti qəbul etdi?

User 10 Noyabr 2026 - 11:47
Ermənistanla sülhün növbəti mərhələsi – TRIPP-dən sonra nə baş verəcək? / TƏHLİL az abs ermeni
  • Baş Yazı

Ermənistanla sülhün növbəti mərhələsi – TRIPP-dən sonra nə baş verəcək? / TƏHLİL

User 10 Noyabr 2026 - 11:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.