ABŞ prezidenti Tramp Venesuelada keçirilmiş xüsusi hərbi əməliyyatı “diktator Maduronun devrilməsi” adlandırıb.
AzPost bildirir ki, bu barədə mətbuat konfransında deyib. ”
“Onlar (Venesuela hakimiyyəti) bizim orada olduğumuzu bilirdilər, hazırlıqlı idilər. Amma biz onlardan daha yaxşı manevr etdik. Bir nəfər də olsun ABŞ əsgəri ölməyib, heç bir texnika itirilməyib”, – deyə Tramp bildirib. Prezident vurğulayıb ki, narkotiklərin 97%-i əsasən Venesueladan dəniz yolu ilə ABŞ-a daşınır.
Tramp bildirib ki, ABŞ hakimiyyətin qanuni əsaslı şəkildə keçidini təmin etmək üçün Venesuelanı idarə edəcək: “Maduro qanuni prezident deyildi və artıq prezident deyil”. ABŞ prezidenti hərbi müdaxilənin ikinci dalğasının planlaşdırıldığını, lakin çox güman ki, buna ehtiyac olmayacağını vurğulayıb.
**
Tramp bəyan etdi ki, “Biz Venesuela xalqını çiçəklənən, müstəqil və təhlükəsiz edəcəyik”.
Tramp bəyan etdi ki, “Maduro və həyat yoldaşı Amerika torpaqlarında Amerika ədalətinin bütün gücünü hiss edəcəklər”.
Tramp bəyan etdi ki, “Maduronun başına gələn hər kəsin başına gələ bilər”.
“Bu hücum yaxşı məqsədlər üçündür”.