Venesuelanın müvəqqəti prezidenti ABŞ-a dəvət olunub

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Venesuela Prezidentinin vəzifələrini icra edən Delsi Rodrigez ABŞ-a dəvət olunduğunu bildirib.

Azpost.info-nun məlumatına görə, o bu barədə NBC News-a verdiyi açıqlamada deyib. Rodrigez bu dəvəti ABŞ-ın Energetika naziri Kris Raytın Karakas səfəri zamanı aldığını açıqlayıb.

“Mən ABŞ-a dəvət ediblər. Əməkdaşlıq qurduqdan və irəliləyə bildikdən sonra ora getməyi planlaşdırırıq”, – Rodrigez deyib.

Keçmiş vitse-prezident və neft naziri olan Rodrigez ABŞ-ın ölkə prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra yanvarın əvvəlində Venesuelanın prezident vəzifələrinin icracçısı kimi and içib.

Onun qarşısında investisiya çatışmazlığı, pis idarəetmə və ABŞ sanksiyalarından sonra Venesuelanın neft sənayesinin bərpasını təşkil etmək kimi böyük bir vəzifə durur. Bu işdə amerikalı investorlar ön plandadır.

Lakin Rodrigez NBC-yə bildirib ki, ABŞ-da narkotik və silah qaçaqmalçılığı ittihamları ilə saxlanılan Maduronu ölkəsinin qanuni lideri hesab edir. “Sizə deyə bilərəm ki, prezident Nikolas Maduro qanuni prezidentdir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.