Vens Ermənistana 100-dən çox Starlink terminalı bağışlayıb

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

ABŞ vitse-prezidenti J.D. Vens Ermənistana səfəri zamanı Starlink şirkəti Ermənistan hökumətinə 100-dən çox terminal bağışlayıb.

Azpost.info -nun məlumatına görə, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mixitar Hayrapetyan bunu 16 fevralda keçirilən mətbuat konfransında açıqlayıb.

“Starlink peyk internet provayder xidmətlərinin 2025-ci ildən bəri Ermənistanda mövcud olduğu heç kimə sirr deyil. Biz burada 2024-cü ildə fəaliyyətə başladıq. Bəzi radiotezlik diapazonlarını liberallaşdırdıq, bundan sonra Starlink fəaliyyətini genişləndirə bildi”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Starlink terminallarının bağışlanması bir sıra Ermənistan təhsil müəssisələrində, xüsusən də yüksək dağlıq ərazilərdə internet bağlantısı problemini həll etmək üçün edilib.

Şirkət həmçinin ilk il üçün xidmətlərin bütün xərclərini ödəyib.

Nazir Hayrapetyan həmçinin qeyd edib ki, 2025-ci ilin ikinci yarısında Ermənistana 340 Starlink terminalı idxal edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.