Violetta Kolesnikova vəfat edib

“Vinni Pux” ve “ Bremen şəhərinin Musiqiçiləri” filmlərinin yaradıcısı və animatoru Violetta Kolesnikova 83 yaşında vəfat edib.

APA “Kinopoiskə” istinadən xəbər verir ki, bu barədə onun 2004-cü ildən bəri çalışdığı “Şar” studiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, V. Kolesnikova 1959-cu ildən “Soyuzmultfilm”də animator kimi çalışıb. O, “Vinni Pux” və “Bremen şəhərinin musiqiçiləri” ilə yanaşı, “Mavi bala”, “Film, film, film”, “Sərraf tutuquşunun qayıdışı” kimi cizgi filmlərinin ərsəyə gəlməsində iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.