Rusiya prezidenti Vladimir Putin qarşıdakı G20 sammitində iştirak edəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.
AzPost xəbər verir ki, onun sözlərinə görə, Rusiya sammitdə lazımi səviyyədə təmsil olunacaq və Vladimir Putin tədbirin işində müəyyən formada iştirak edəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp G20 çərçivəsində keçiriləcək sammitdə Rusiya lideri Vladimir Putini və Çin sədri Si Cinpini görmək istədiyini bəyan edib. Növbəti sammit gələn il Mayami şəhərində baş tutacaq.
Bundan əlavə, Rusiya prezidentinə Cənubi Afrikada keçiriləcək G20 sammitinə də dəvət göndərilib. Peskov bildirib ki, bu məsələdə qərarı şəxsən dövlət başçısı verəcək.
Diplomat Marat Berdıyev isə qeyd edib ki, son illərdə Rusiyanı G20 sammitlərində əsasən xarici işlər naziri Sergey Lavrov təmsil edib.