Volodin məşhur rusiyalı opera müğənnisini xain adlandırıb

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin opera müğənnisi Anna Netrebkonu xain adlandırıb.

Azpost.info xəbər verir ki, eyni zamanda Volodin Rusiya hərbçilərinə dəstək verən bütün sənətçilərə təşəkkürünü bildirib. “Gözləmək üçün başqa ölkələrə, isti diyarlara qaçanlar var. Daha da pisi oradan ittiham xarakterli ifadələr səsləndirirlər. Kimsə pul ardınca gedir, kimsə nüfuzlu konsert məkanlarını qorumaq arzusundadır”, – Volodin “Telegram” kanalında yazıb.

Onun fikrincə, Netrebkonun varlanmağa və şöhrətə olan istəyi vətənə məhəbbətdən üstün olub. Hazırda Avstriyada yaşayan Anna Netrebko Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı olduğunu deyib.

O, siyasi partiya üzvü olmadığını və Rusiya liderlərinin heç birini dəstəkləmədiyini bildirib: “Mən vətənim Rusiyanı sevirəm və sənətimlə yalnız sülh və birliyə çalışıram”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.