Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib

Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ziyafət Əsgərov: “Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi”

Sonrakı məqalə