Ziyafət Əsgərov: “Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi”

“Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları başlamışdı. Bundan sonra Prezident İlham Əliyev bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı və bu fərmanı Milli Məclisə göndərdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.

O bildirib ki, Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi: “Ordumuz 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail oldu. Nəticədə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazandı. 28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Yeni tarixi mərhələnin başlaması fonunda Prezident İlham Əliyev 7 dekabr tarixində hərbi vəziyyətin ləğv edilməsi barədə fərman imzalayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda son sutkada koronavirusa 4146 nəfər yoluxub, 38 nəfər ölüb

Sonrakı məqalə

Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib