2025-ci ilin yanvar-mart aylarında metro nəqliyyatı ilə 52 milyon 837 min sərnişin daşınıb. AzPost xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 677 min nəfər və ya 1,3 faiz azalma deməkdir.
2024-cü ilin ilk üç ayında isə metro 53 milyon 514 min sərnişin daşıyıb.
Sərnişin sayındakı azalmalara baxmayaraq, “Bakı Metropoliteni” QSC bu ilin ilk rübündə 25 milyon 595 min manat gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə bu rəqəm 20 milyon 822 min manat olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Aslanov Vüsal Yusif oğlu 2024-cü ilin dekabr ayında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə gətirilib.