Vyetnam, Litva və Lesotodan Azərbaycana toyuq əti gətirilməsi dayandırılıb

Lesoto Krallığının Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvanın Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, Lesotonın Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvanın Tauraq inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesotodan, Vyetnam və Litvadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Sonrakı məqalə

87 yaşlı qadını tövlədə bağlayan şəxs barəsində cinayət işi başlanıb