Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Vətəndaş Starexglobal.az kargo şirkətindən narazıdır

User 18 Avqust 2025 - 12:37 (Last updated: 18 Avqust 2025 - 12:27)
StarexGlobal

StarexGlobal

Vətəndaş Starexglobal.az kargo şirkətinin xidmətindən narazılıq edib.

AzPost xəbər verir ki, onun sözlərinə görə, Temu platformasından sifariş etdiyi bağlama sistemdə “təhvil verildi” kimi göstərilsə də, real olaraq ona çatdırılmayıb.

Şikayətçi bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, şirkət tərəfindən bağlamanın taleyi ilə bağlı dəqiq məlumat təqdim olunmayıb. Vətəndaş hesab edir ki, bu hal istehlakçı hüquqlarının pozulması ilə yanaşı, daşınma xidməti üzrə öhdəliklərin yerinə yetirilməməsi deməkdir.

Hüquqşünasların sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, vətəndaş aldığı xidmətin keyfiyyətli və müqaviləyə uyğun şəkildə göstərilməsini tələb etmək hüququna malikdir. Əgər bağlama təhvil verilməyibsə, şirkət bunun səbəbini izah etməli və müştərinin maddi zərərinin qarşılanmasını təmin etməlidir.

Bundan əlavə, Mülki Məcəlləyə əsasən, daşıyıcı bağlamanın qorunmasına və ünvan sahibinə təhvil verilməsinə görə məsuliyyət daşıyır. Müştərinin razılığı olmadan bağlamanın başqa şəxsə verilməsi və ya saxlanılması hüquqi pozuntu sayılır.

Mütəxəssislər bildirirlər ki, belə hallarda vətəndaş əvvəlcə şirkətə yazılı formada müraciət etməli, cavab alınmadığı halda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və məhkəməyə şikayət edə bilər.

AzPost.az

Post navigation

Previous: Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən turistlərə cinayət işi başlanılıb
Next: Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.