Vətəndaşlar bu il içkiyə və siqaretə 2 milyard manat xərcləyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,909 mlrd. manat xərclənib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.

Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir