“Western Union” Rusiyada pul köçürmələrini dayandırıb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda martın 24-dən etibarən “Western Union” ödəniş sistemi Rusiyada pul köçürmələrini dayandırıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət ölkədə yalnız transsərhəd köçürmələri həyata keçirəcək.

“Western Union”un rəsmi saytında bildirilir ki, Rusiyaya göndərilən və 24 mart 2022-ci il tarixinədək alıcıya ödənilməyən pul köçürmələri göndərən tərəfə qaytarılacaq.

Rusiyadan göndərilən pul baratlarına gəldikdə, Rusiyadakı göndərən köçürmənin geri almağa qərar verərsə, bu, “Western Union”un partnyorlarının birinin filialında həyata keçirilə bilər. Rusiyadan digər ölkələrə göndərilən və 24 mart 2022-ci ilə qədər ödənilməyən pul köçürmələri isə alıcılar üçün əlçatan olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.