“WhatsApp” sosial şəbəkəyə çevrilir

“WhatsApp” messencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.

“WhatsApp” icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər.

İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.

Tərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.

Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra “WhatsApp” icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək. (RİA Novosti)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.