“Xəzərdəki hadisə palçıq vulkanının əlamətidir”

05 İyul 2021 - 00:33

“Xəzərdəki hadisə palçıq vulkanının əlamətidir”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Q.Yetirmişli deyib ki, hər hansı qəza baş verməyib: “Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verməyib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxsaylı palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də – 20, 30 saniyəyə sönüb”.