Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava barədə məlumat yayıb.

Xidmətin martın 31-i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.