Xəzərdəki zəlzələlərin Azərbaycana hansısa təsiri ola bilərmi?- AÇIQLAMA

Bu gün Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil.

Bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

“Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin”, – deyə o qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.