Xabarovskda Kremlə qarşı etirazlar davam edir –Təzə qubernator mitinqə gəlib

İyulun 26-da yüzlərlə insan Rusiyanın Xabarovsk şəhərində küçələr çıxıb, region qubernatorunun buraxılmasını, işinin başına dönməsini tələb edib.

Hazırda Moskvada həbsdə olan Sergei Furqal adam öldürmək cəhdində, 15 il öncə iki qətlin sifarişində ittiham olunur. Tərəfdarları bu ittihamları siyasi motivli sayır. İttihamları rədd edən Furgal iki il qabaq Kremlin namizədini seçkidə udmuşdu.

600 min sakini olan şəhərdə iki həftədən çoxdur nümayişlər keçirilir, Prezident Vladimir Putinin istefası da tələb olunub. İyulun 25-də nümayişə 50 min nəfərədək etirazçının çıxdığı bildirilir. Rəsmilər koronavirus pandemiyasına görə əhalini nümayişə çıxmamağa çağırmışdı. Rəsmi məlumatda həmin nümayişə 6 min 500 nəfərin qatıldığı bildirildi.

“Təkzibolunmaz dəlil varsa, əhali onu görməlidir”

Putinin qubernator vəzifəsinə Furqalın yerinə təyin etdiyi şəxs ilk dəfə iyulun 26-da etirazçılar qarşısında çıxış edib. Nümayişin sonuna az qalmış Mixail Deqtyarov kiçik bir qrupa deyib ki, etirazçıların Furgal məsələsini onunla müzakirə etməsindən ötrü şura yaradılacaq.

O bildirib ki, Furqala qarşı hər hansı prosedur ictimaiyyətə açıq olmalıdır. “Təkzibolunmaz dəlil varsa, əhali onu görməlidir”, – deyə vurğulayıb.

Deqtyarov gedəndən sonra onun çıxış etdiyi meydan əlbəyaxa döyüş olub. Polis bir fəalı saxlayıb. Deqtyarov da Furqal kimi millətçi Rusiya Liberal Demokratik Partiyasının üzvüdür, ancaq heç vaxt Xabarovskda yaşamayıb.

Rusiya regionları üçün belə davamlı nümayişlər, eləcə də hakim orqanların onları dağıtmaması qeydi-adi hal sayılır.

Bir müddət qabaq keçirilmiş səsvermədə konstitusiyaya dəyişikliklərə səs verilib, Putinin 2036-cı ilədək hakimiyyətdə qalması üçün yol açılıb. Xabarovsk diyarında 2018-ci il qubernator seçkilərində əhali yekdilliklə Furqala səs verib. Onun qələbəsi hakim Vahid Rusiya Partiyasına zərbə idi.

Furgal iyulun 9-da Xabarovskda saxlanıb, Moskvaya transfer olunub. O, 2004-2005-ci illərdə adamöldürmə cəhdində, iki qətlin sifarişində ittiham olunur. Özü isə iddiaları rədd edir. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada mövsümün qalibi “Yuventus” oldu

Sonrakı məqalə

“Prezidentin bu çıxışından sonra cinayət işi açılmalıdır” –