Xaçmazda 13 yaşlı məktəbli qız itkin düşüb-FOTO

Xaçmaz şəhərində 13 yaşlı məktəbli qız itkin düşüb.

Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin VII sinif şagirdi Musayeva Sevinc Bəhram qızı aprelin 12-si səhər saatlarında evdən repititor yanına getmək üçün çıxıb və geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional qrupundan bildirilib ki, məktəbli barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.