Xalq artisti Şahnaz Haşımova müalicə üçün Bakıya gətirilib

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncədəki müalicə aldığı xəstəxanadan Bakıya gətirilib.

Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Əməkdar artist Aybəniz Haşımova deyib.

Onun sözlərinə gərə, Xalq artisti hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir: “Hazırda vəziyyəti yaxşıdır. Palatadadır. Təzyiq və qanla bağlı problemi var idi. Belə məsləhət oldu ki, müalicəsi Bakıda davam etdirilsin, ona görə də gətirdik”.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova dünən səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib.

Əvvəlki məqalə

“Gömrük 92 manata aldığım köynəyə görə əlavə 82 manat tələb edir” –

Sonrakı məqalə

22 ölkə BRIKS-ə qoşulmaq üçün müraciət edib