“Xalq Cəbhəsi məni tək qoydu…Seçkilərdən yorulmuşuq” –Prezident Ayaz Mütəllibov 1991-ci ildə türk jurnalistinə nələri açıqlayıb? /VİDEO

Türkiyənin məşhur telejurnalisti Mehmet Ali Birand 1991-ci ildə Azərbaycanda olub və prezident Ayaz Mütəllibovdan müəllifi olduğu “32-ci Gün” proqramı üçün müsahibə alıb. 

AzPost bildirir ki, müsahibə Azərbaycanda 1991-ci ilin sentyabrında keçirilmiş prezient seçkisindən az sonra götürülüb.

Müsahibədə A.Mütəllibov SSRİ-nin son durumundan, müstəqil Azərbaycanın qarşısında duran problemlərdən, Qarabağ məsələsinin həlli yollarından, Türkiyə ilə əlaqələrdən, müxalifətlə münasibətlərindən danışıb.

Qeyd edək ki, Azərbaycanda 1991-ci ilin sentyabrında alternativsiz keçrilmiş prezident seçkilərində Ayaz Mütəllibov qalib gəlib. O zaman güclü müxalifət qüvvəsi sayılan Azərbaycan Xalq Cəbhəsi sekini boykot edib.

Xocalı soyqırımından sonra 1992-ci ilin martında Ayaz Mütəllibov prezident postundan istefa verib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.