Xamenei İranda koronavirusla bağlı 2 həftəlik tətil elan edib

İranın Ali Lideri Ayətullah Xamenei ölkənin səhiyyə nazirinin istəyinə uyğun olaraq ölkədə 2 həftəlik tətil elan olunmasına göstəriş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın səhiyyə naziri Səid Nəməki ölkədə koronavirusun geniş yayılmasının, beşinci dalğasının qarşısnı almaq və xəstəxanaların yükünü azaltmaq məqsədilə İranın Ali Lideri Atətullah Xameneiyə məktubla müraciət edərək ölkədə 2 həftəlik tətil elan olunmasını, polis və təhlükəsizlik qüvvələrinin sağlamlıq protokollarına iki həftədə sərt nəzarət etməsini xahiş edib.

Səhiyyə nazirinin məktubunun cavabında Ayətullah Xamenei İran prezidentinə göstəriş verib ki, bu məsələ Koronavirusla Mübarizə Qərargahında müzakirə olunsun və lazımi addım atılsın:

“Hörmətli səhiyyə nazirinin xəbərdarlığını nəzərə alaraq epidemiyanın qarşısını almaq üçün təklif olunan tətil məsələsini Koronavirusla Mübarizə Qərargahında müzakirə edib, lazım olan addım atın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yardımlıda meşə yanır

Sonrakı məqalə

“Qazinin polisdə döyülməsi xəbəri böhtandır…” –