İranın Ali Lideri Əli Xamenei sağdır və hərbi əməliyyatlara rəhbərlik edir.
Azpost.info bildirir ki, bu barədə Livanın “Əl Mayadeen” televiziya kanalı məlumat yayıb.
Tehran Şəhər Şurasının üzvü Meysəm Müzəffərə istinadən “Cəmaran” xəbər agentliyinin verdiyi məlumata görə, Ali Liderin kürəkəni və gəlini İsrail və ABŞ-ın İrana qarşı hava hücumlarında həlak olub.
Tehran şəhər şurasının üzvü agentliyə bildirib ki, “Ali Liderin gəlini və kürəkəni öldürülüb”.
Bu məlumatın təsdiqlənməsi və təkzib edilməsi mümkün olmayıb.
Şəhər Şurasının üzvü Meysəm Müzəffər Ali Liderin qohumlarının ölümünü açıqlayıb.