Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Xameneyinin olduğu məkan barədə məlumat əvvəlcədən sızdırılıb” –

User 19 İyul 2026 - 17:46 (Last updated: 19 İyul 2026 - 17:46)
xameneyi herbçiler

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İranın Ali Rəhbəri Əli Xameneinin olduğu məkanlar barədə məlumat əldə etməsinə imkan verən kəşfiyyat sızmasının böyük ehtimalla hələ də aradan qaldırılmadığını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Əraqçinin sözlərinə görə, hərbi qarşıdurma təhlükəsinin artdığı barədə ilk xəbərdarlıqlar hələ fevralın 28-də ölkə rəhbərliyinə çatdırılmışdı.

Nazir bildirib ki, həmin gün səhər saat 08:00-da Prezident Məsud Pezeşkianla görüşərək ölkədə artıq “müharibə ab-havasının hökm sürdüyünü” deyib.

“Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi. Prezidentə bunu açıq şəkildə bildirdim. Daha sonra saat 09:00-da Ali Rəhbərin köməkçisi Əli Əsgər Mir Hicazi ilə görüşərək danışıqların nəticələri və artan təhlükə barədə məlumat verdim”, – deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, məhz həmin vaxt görüş keçirilən məkan hücuma məruz qalıb.

Əraqçi qeyd edib ki, həmin saatlarda İranın müxtəlif yüksək səviyyəli qurumlarının iclasları eyni vaxtda keçirilirdi. Onun sözlərinə görə, Xarici Əlaqələr üzrə Strateji Şuranın iclası davam edir, Əli Xamenei öz iş otağında olur, Əli Şəmxani isə Müdafiə Şurasının iclasına rəhbərlik edirdi.

“Bu günlərdə eyni vaxtda bir neçə iclasın keçirilməsi qeyri-adi deyildi. Lakin düşmənin bu görüşlərdən xəbərdar olması, böyük ehtimalla, hələ də aradan qaldırılmamış kəşfiyyat məlumatı sızmasının nəticəsi idi”, – deyə İran XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, İsrailin hədəf aldığı obyektlər arasında Əli Şəmxaninin Müdafiə Şurasındakı iclas zalı, Əli Əsgər Mir Hicazinin ofisi, Şirazinin iş otağı və Ali Rəhbərin iqamətgahındakı iş otağı da olub.

Abbas Əraqçi yeni Ali Rəhbər kimi adı hallandırılan Müctəba Xamenei barədə də danışıb. O bildirib ki, indiyədək onunla şəxsən görüşməyib.

“Onunla bu günə qədər yalnız çox az sayda insan görüşüb”, – deyə İranın xarici işlər naziri əlavə edib.

AzPost.az

Post navigation

Previous: Mətbəx xərclərini azaltmağın 5 yolu –
Next: Azərbaycanın müdaxiləsindən sonra Netanyahu “erməni soyqırımı” məsələsini bloklayıb –

Oxşar xəbərlər

pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57

xƏBƏR

tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, masaj və stress səviyyəsinin azaldılması qan təzyiqinin yüksəlməsinin qarşısını təbii yolla ala...
Read more about Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00
Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi? paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.