Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xankəndi, Ağdərə və Xocalıda hazırda nə qədər adam yaşayır?

User 19 Sentyabr 2025 - 11:05 (Last updated: 19 Sentyabr 2025 - 14:45)
xankendi02

Xankəndi, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilib.

Bu barədə adıçəkilən rayonlar üzrə Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin AzPost-a verdiyi məlumatda bildirilir.

Xankəndi şəhərində 14740 nəfər yaşayır. Bu sırada dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030 (onlardan orta məktəb şagirdləri – 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfərdirlər.

Ağdərə rayonu üzrə 1773 nəfər məskunlaşıb. Burada dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfərdir.

Xocalı rayonuna 2170 nəfər köçüb.

Köç planına əsasən 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) əhalinin köçü  ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər müəyyən edilib.

Ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub.

Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin  əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir.

Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə isə 86 ailə (346 nəfər) məskunlaşıb. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) məskunlaşdırılıb.

AzPost.az

Post navigation

Previous: Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardımı kəsmək istəyir
Next: ABŞ BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsini yenə blokladı

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
ABŞ administrasiyası İran ətrafındakı vəziyyətlə bağlı həm birbaşa, həm də vasitəçilər üzərindən çoxsaylı məsləhətləşmələrdə iştirak edir. Bunu...
Read more about ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.