Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarından 66-sı çalışır, 43-ü iş axtarışındadır

Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Proqramı məzunlarından 66 nəfər Azərbaycanda işləyir:

“Onlardan 31-i dövlət, 31-i özəl, 4-ü bank sektorunda çalışır. Hazırda iş axtarışında olan məzun sayı isə 43 nəfərdir”.

Turan Topalova “Top-10” universitetlərdə təhsil alan tələbələrin sayını da açıqlayıb. O qeyd edib ki, “Top-10” universitetlərdə 46 tələbə təhsil alır:

“Onlardan 41-i magistratura, 5-i bakalavr təhsil pilləsində oxuyur. Həmin tələbələrdən 24-ü Böyük Britaniya, 20-si ABŞ, 2-si isə İsveçrə Universitetlərində təhsil alır”(apa).

Əvvəlki məqalə

Xaricdə təhsillə bağlı Dövlət Proqramına xərclənən vəsait açıqlanıb

Sonrakı məqalə

Bu şəxslərin vergidən azad olunması təklif edilir