Xaricdə olan Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş pasportlarının müddəti 2021-ci il iyulun 1-dək uzadılacaq.
Azərbaycanın Moskvadakı səfirliyindən Azərtac-a bildiriblər ki, koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməməsi və fəaliyyətlərini hüquqi zəmində tənzimləməsi üçün 2020-ci il yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya daha sonra bitəcək bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 2021-ci il iyunun 1-dək uzadılmış hesab olunur.
Vətəndaşlarımız yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində, qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.