“Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalara cəlb etməyə çalışırıq”- Zaur Əliyev

Xaricdə tibbi təhsil alan məzunları region xəstəxanalarında işə cəlb etməyə çalışırıq. Məncə, artıq onların bəzilərində buna maraq yaranıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər verilməsi planlaşdırılır. Hazırda bununla bağlı təhlillər aparılır.

Z.Əliyev deyib ki, Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır: “Bu proses hazırda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Amma buna daha ciddi yanaşılmasını istəyirik”.

İdarə heyətinin sədri onu da əlavə edib ki, kəndlərdə tibb məntəqələrinin vəziyyəti qənaətbəxş deyil: “Yerlərdə həkim çatışmazlığı var, avadanlıqlar istənilən səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkirlər. Regionlardakı həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etməyi düşünürük. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Rezidenturanı bitirən tələbələrin də regionlara göndərilərək, ən azı 3 il orada işləməsini təmin etmək niyyətindəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Sonrakı məqalə

İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan etdi